Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

Hazırda oxunan: Bu futbolçu “Neftçi”dən GEDƏCƏK

187583

“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov yayda Azərbaycanı tərk edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “metaratings.ru” saytı məlumat yayıb. 

30 yaşlı hücumameyilli oyunçunun karyerasını ölkəsi Rusiyada davam etdirmək imkanı var. Çünki onunla Rusiya Premyer Liqasının bir neçə klubu maraqlanır. Mirzov özü də vətəninə dönməyə hazırdır. Onun “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna kimidir. 
Yarımmüdafiəçi daha əvvəl Rusiyada “Spartak”, “Rostov”, “Ximki”, Moskva “Torpedo”su, “Axmat”, “Tosno” və Tula “Arsenal”ında çıxış edib. Qeyd edək ki, Reziuan Mirzov cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO