"Real" "Mançester Siti"nin QONAĞI OLACAQ

Hazırda oxunan: "Real" "Mançester Siti"nin QONAĞI OLACAQ

187561

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.

“Etihad” stadionunda baş tutacaq matçda “Mançetser Siti” İspaniya nəhəngi “Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.

“Bavariya” – “Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya).

Mançester, “Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland).

Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO