"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola

Hazırda oxunan: "Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola

187534

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la cavab oyunu haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ÇL-i ən çox qazanan (14) Madrid təmsilçisindən çəkinmirlər:

"Real"a çox hörmət edirik, amma qorxmuruq. Əgər onlar qalib gəlsələr, təbrik edib, gələcəkdə uğurlar arzulayacağıq. Qarşılaşmaya hazır olmalıyıq. Oyun başlayana qədər kimin və necə oynayacağını bilə bilmərik. İlk oyundakından daha yaxşı nəticə qazanmalı olacağıq. Həmin oyunda “Real” hər şeyi yaxşı bacardı. İndi isə vəziyyəti düzəltmək lazımdır”.
Qeyd edək ki, sabah keçiriləcək "Mançester Siti" - "Real" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO