Azərbaycan Premyer Liqasının ən bahalı 10 futbolçu - SİYAHI

Hazırda oxunan: Azərbaycan Premyer Liqasının ən bahalı 10 futbolçu - SİYAHI

183423

Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçular açıqlanıb.

Bizim.Media xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) çempionatda transfer dəyəri ən yüksək olan 10 oyunçu müəyyənləşdirib.

Siyahının ilk dörd pilləsində “Qarabağ”ın üzvləri qərarlaşıblar. Ümumiyyətlə, 10 futbolçudan 6-sı Ağdam təmsilçisinin formasını geyinir.

Premyer Liqanın ən bahalı futbolçusu Leandro Andrade hesab olunub. Kabo-Verde millisinin yarımmüdafiəçisinin transfer qiyməti 3,3 milyon avroya bərabər göstərilib.

1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro

2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon

3. Juninyo (“Qarabağ”) – 2,2 milyon

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon

5. Kahim Parris (“Sabah”) – 1,3 milyon

6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon

7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon

8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min

9-10. Salifu Suma (“Zirə”) – 800 min

9-10. Julio Romao (“Qarabağ”) – 800 min

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO