Azərbaycan millisinin oyunlarına hakim təyinatları AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan millisinin oyunlarına hakim təyinatları AÇIQLANDI

183248

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin Tanzaniya ilə ilk oyununu türkiyəli FİFA referisi Zorbay Küçük idarə edəcək.

Millimizin Bolqarıstanla matçı estoniyalı Kristo Tohverə tapşırılıb.

Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

22 mart
 
17:00.Tanzaniya – Bolqarıstan

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov

"Liv Bona Dea Arena".
 
22 mart

20:00.Azərbaycan – Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə)

Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (Türkiyə)

Dördüncü hakim: Fəridə Lütfəliyeva 

Tofiq Bəhramov adına Respublika stadionu
 
25 mart

17:00.

Tanzaniya – Monqolustan

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Rəşad Əhmədov

"Liv Bona Dea Arena"
 
25 mart
 
20:00.Azərbaycan – Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)

Dördüncü hakim: İnqilab Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO