Millimizin üzvü komandasını məğlubiyyətdən XİLAS ETDİ 

Millimizin üzvü komandasını məğlubiyyətdən XİLAS ETDİ 

Hazırda oxunan: Millimizin üzvü komandasını məğlubiyyətdən XİLAS ETDİ 

180767

Futbol üzrə Niderland I Divizionunda 28-ci turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Yanq AZ Alkmar"ı qəbul edib. 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 65-ci dəqiqədə komandasına 1 xal qazandıran qolun müəllifi olub. Ozan Can həmçinin, 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

28 oyun keçirən "Eyndhoven" 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO