Doqquz illik

Doqquz illik "Mançester Yunayted" karyerası başa çatır

Hazırda oxunan: Doqquz illik "Mançester Yunayted" karyerası başa çatır

178036

"Mançester Yunayted"in futbolçusu Antoni Marsyal klubdan ayrılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb. 

"Qırmızı şeytanlar" 28 yaşlı hücumçu ilə müqaviləni yeniləməmək qərarına gəliblər. Forvardın hazırkı sözləşməsi isə cari mövsümün sonuna qədərdir. Buna görə də Marsyal mövsümün sonunda klubdan ayrılacaq. 
Qeyd edək ki, Marsyal 2015-ci ildən "Mançester Siti"nin futbolçusudur.

O, bu mövsüm aldığı zədələr səbəbindən davamlı olaraq meydana çıxmır. Marsyal cari mövsümdə 19 matçda iştirak edib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO