"Əl-Hilal" Salah üçün hərəkətə keçdi

Hazırda oxunan: "Əl-Hilal" Salah üçün hərəkətə keçdi

176861

“Əl-Hilal” “Liverpul”un futbolçusu Məhəmməd Salahı transfer etməyi hədəfləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

Səudiyyə Ərəbistanı təmsilçisi artıq mersisaydlılarla danışıqlara başlayıb. Klub 31 yaşlı hücumçuya görə 150 milyon avro təklif edib. 

Salah da "Liverpul"dan ayrılmağa müsbət yanaşır. Buna səbəb baş məşqçi Yurgen Kloppun mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamasıdır. 
Qeyd edək ki, Salahın “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO