"Araz Naxçıvan" “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: "Araz Naxçıvan" “Qarabağ”la oyuna itkilərlə çıxacaq

174646

Misli Premyer Liqasında qış fasiləsindən sonra ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək “Araz-Naxçıvan” oyunöncəsi son məşqinə çıxıb.

Bizim.Media xəbər verir ki, “Azersun Arena”nın ehtiyat meydanında 1 saata qədər davam edən hazırlıq prosesində futbolçular bir neçə taktiki planda tapşırıqları icra ediblər.

Zədəli futbolçulardan Orxan Əliyev kollektivlə çalışmalara qoşulubsa, digər zədəli İsmail Azzaui hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir. Onun “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir. İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. 
Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 23-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO