“Galatasaray” – “Fənərbağça” oyunu Xankəndidə keçirilsin” – Sinan Oğandan TƏKLİF

“Galatasaray” – “Fənərbağça” oyunu Xankəndidə keçirilsin” – Sinan Oğandan TƏKLİF

Hazırda oxunan: “Galatasaray” – “Fənərbağça” oyunu Xankəndidə keçirilsin” – Sinan Oğandan TƏKLİF

171381

Türkiyə prezidentliyinə namizəd olmuş Sinan Oğan “Galatasaray” və “Fənərbağça” klubları arasında Türkiyə superkuboku uğrunda görüşün Xankəndi şəhər stadionunda keçirilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında fikirlərini bölüşüb.

“Oyunun xaricdə keçirilməsini istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürüb. Əks halda bu final paytaxta yaraşır”, - deyə Oğan bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında keçiriləcək “Fənərbağça” - “Qalatasaray” Super Kubok oyunu təxirə salınıb. Buna səbəb arenada Mustafa Kamal Atatürkün pankartları, köynəklərindən istifadənin və İstiqlal Marşının səsləndirilməsinin qadağan edilməsi olub. Bu qadağa hər iki komandanı qəzəbləndirib və matçı protest edərək birgə bəyanatla çıxış ediblər.

“Atatürkə hörmətsizlik edən heç bir ölkə və ya qurumla əməkdaşlıq etməyəcəyik. Bu matçı oynamaqdan imtina edirik. Atatürkün izindəyik və onun dəyərlərini qorumağa davam edəcəyik”, - deyə bəyanatda bildirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO