"Barselona" iki futbolçusunu transferə çıxarır

Hazırda oxunan: "Barselona" iki futbolçusunu transferə çıxarır

170883

"Barselona" futbolçuları Serji Roberto və Marko Alonsonu satmaq niyyətindədir.

Bizim.Media İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuları qış transfer dönəmində transferə çıxaracaq.

Xəbərdə qeyd olunub ki, Alonso komandadan ayrılmaqda maraqlı olsa da, Roberto "Barselona"da qalmaq istəyir.
Qeyd edək ki, Marko Alonso 2022-ci ildə "Çelsi"dən transfer edilib. Serji Roberto isə "Barselona"nın yetirməsidir. O, 2013-cü ildən əsas komandada çıxış edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO