Suares

Suares "İnter Mayami"yə keçir

Hazırda oxunan: Suares "İnter Mayami"yə keçir

170346

Braziliyanın "Qremio" klubundan ayrılan Luis Suares "İnter Mayami"yə keçir.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O, 36 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanacağını bildirib. 

Qeyd edək ki, Suaresin "Barselona"da komanda yoldaşı olmuş bir neçə oyunçu da ABŞ klubunda çıxış edir. Bunlar Suaresin yaxın dostu Lionel Messi, eləcə də Jordi Alba və Serxio Busketsdir.
Suares "Qremio"ya Uruqvayın "Nasyonal" klubundan 2023-cü ilin yanvar ayında sərbəst agent kimi keçmişdi. Uruqvaylı hücumçu Braziliyanın A seriyasında 33 matçda 17 qol vurub və 11 qol ötürməsi edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO