Ronaldo

Ronaldo "Yuventus"dan 19,5 milyon avro TƏLƏB EDİR 

Hazırda oxunan: Ronaldo "Yuventus"dan 19,5 milyon avro TƏLƏB EDİR 

169973

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo sabiq klubu “Yuventus”dan ona ödənilməyən 19,5 milyon avro maaşını tələb edir.

Bizim.Media xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

Bildirilib ki, bu tələb İtaliya klubunu təəccübləndirib. Çünki Turin təmsilçisi 38 yaşlı hücumçunun 2021-ci ilin yayında “Mançester Yunayted”ə gedərkən maaşdan imtina etdiyini düşünüb.

Portuqaliyalı futbolçu özü isə bunu inkar edir.

Dünən Ronaldonun vəkilləri, futbolçunun klubun 2020-ci il üçün 19,5 milyon borcu olması bağlı arbitrajda yekun qeydlərini təqdim edib.
Hər iki tərəf yekun təqdimatlarını təqdim etdikdən sonra Arbitraj Komissiyasının aprel ayına təyin edilmiş qərarına qədər yalnız bir əlavə dinləmə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO