“Qarabağ”dan yeni rekord

“Qarabağ”dan yeni rekord

Hazırda oxunan: “Qarabağ”dan yeni rekord

169683

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Bizim.Media Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub. 

Belə ki, matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Köhlən atlar”ın derbidəki 120-ci topuna imza atıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə 93-cü matçda çatıb.
Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO