“Qarabağ”ın Avropa Liqasındakı qazancı bəlli oldu

“Qarabağ”ın Avropa Liqasındakı qazancı bəlli oldu

Hazırda oxunan: “Qarabağ”ın Avropa Liqasındakı qazancı bəlli oldu

169235

Avropa Liqasında yoluna davam edən “Qarabağ”ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm 9 milyon 582 min avroluq gəlir əldə edib.

Komanda son olaraq qrupun son turunda “Hakken”i məğlub edərək 1 milyon avrodan çox qazanc götürüb. Qələbə 630 min, qrupda ikinci yeri tutmaq 550 min, pley-offa vəsiqə isə 500 min avro gətirib. 
Həmçinin, qruplardakı heç-heçələrə görə əlavə mükafatlar da komandalar arasında bölüşdürülüb. “Qarabağ”a bundan 126 min avro pul gəlib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. “Qarabağ” fevralın 15-22-də keçiriləcək oyunlarda rəqibini üstələyərək 1/8 finala yüksəlsə, daha 1,2 milyon avro büdcəsinə əlavə edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO