Azərbaycan UEFA reytinqində Rusiyanı QABAQLADI

Azərbaycan UEFA reytinqində Rusiyanı QABAQLADI

Hazırda oxunan: Azərbaycan UEFA reytinqində Rusiyanı QABAQLADI

169137

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb. 

Bizim.Media xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda İsveç klubu “Hakken” üzərində (2:1) qələbəsi sayəsində mümkün olub. 

Həm qalibiyyət, həm də pley-offa vəsiqə nəticəsində ölkə reytinqinə 1 xal əlavə edilib. 

Xal sayını 19.125-ə çatdıran Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib. Cari mövsümdəki əmsal isə 4,875-ə çatıb. Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO