“Qarabağ” millimizin müdafiəçisini transfer etmək İSTƏYİR 

“Qarabağ” millimizin müdafiəçisini transfer etmək İSTƏYİR 

Hazırda oxunan: “Qarabağ” millimizin müdafiəçisini transfer etmək İSTƏYİR 

168081

"Qarabağ"ın transfer etmək istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, mərkəz müdafiəçisi axtarışına başlayan "köhlən atlar" millimizin üzvü Anton Krivotsyuk ilə maraqlanır. 

Qurban Qurbanovun bəyəndiyi futbolçu ilə tezliklə danışıqlar başlayacaq. 

Ağdam təmsilçisi hazırda Cənubi Koreyanın "Daejeon" klubunda çıxış edən müdafiəçini icarəyə götürmək və ya transfer etmək üçün qış fasiləsində hərəkətə keçəcək. Cənubi Koreyada mövsüm başa çatdığı üçün bu keçidin reallaşması mümkün görünür. 
Qeyd edək ki, 25 yaşlı oyunçu 2017-2021-ci illər aralığında "Neftçi"nin formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO