"Barselona"nın heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen sıradan çıxıb.
31 yaşlı qolkiper Almaniya milli komandasının düşərgəsində zədələnib.
Belində ağrılar hiss edən təcrübəli futbolçu İspaniyaya qayıdıb. O, 25 noyabr tarixində İspaniya La Liqasının 14-cü turu çərçivəsində "Rayo Valyekano"ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Qeyd edək ki, ter Ştegen cari mövsümdə "Barselona"nın heyətində 17 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:20 / 21.11.2023
“Barselona”da şok itki
Hazırda oxunan: “Barselona”da şok itki
Hazırda oxunan: “Barselona”da şok itki
165505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.