Ruslan Abışov vida oyununa çıxdı

Ruslan Abışov vida oyununa çıxdı

Hazırda oxunan: Ruslan Abışov vida oyununa çıxdı

165009

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb. 

Bizim.Media xəbər verir ki, bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə reallaşıb. 

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahovla əvəzlənib. Azarkeşlər  Abışovu alqışlarla yola salıblar. 

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO