Azərbaycan “Ultimate” idman növü ilk dəfə beynəlxalq yarışda

Azərbaycan “Ultimate” idman növü ilk dəfə beynəlxalq yarışda

Hazırda oxunan: Azərbaycan “Ultimate” idman növü ilk dəfə beynəlxalq yarışda

163224

“Ultimate Azerbaijan” komandası ilk dəfə Azərbaycanı təmsil etmək üçün Orta Şərq və Şimali Afrika üzrə Regional Çempionat olan "MENA Ultimate Club Championship"də iştirak edəcək.

Bizim.Media xəbər verir ki, çempionatda 11 ölkədən 20 komanda iştirak edəcək. 

Yarış 10-11 noyabrda 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “The Sevens” stadionunda keçiriləcək.  

"Ultimate Azerbaijan" komandası yarışa 5 qadın, 11 kişi idmançı ilə qoşulacaq. Komandada 2 legioner - Türkmənistan vətəndaşı Adil Bagırov və Britaniya vətəndaşı Siobhan Katerine də yer alır.  

Qeyd edək ki, “Ultimate” idman növü Azərbaycanda 20 ilə yaxın müddət ərzində mövcud olsa da, idman cəmiyyəti olaraq son 2 ildə formalaşdırılıb. 
2 il əvvələ qədər həftədə 1 dəfə oyunlar təşkil olunurdusa, artan marağa görə hazırda həftədə 5 gün olmaqla, ümumilikdə 70 nəfərin iştirakı ilə oyunlar təşkil edilir və 200 dən çox aktiv üzvü vardır. 

“Ultimate Frisbee” olaraq tanınan bu oyun, futbol və basketbolun elementlərini birləşdirən sürətli və dinamik idman növüdür. Uçan disk və ya frizbi ilə oynanılır və məqsəd rəqib komandanın zonasında diski tutaraq xal toplamaqdır. Bu maraqlı idman növü müxtəlif ölkələrdə rəqabətli liqalar yaradıb və beynəlxalq turnirlərlə bütün dünyada populyarlıq qazanıb. Oyun, hər biri yeddi oyunçudan ibarət iki komanda arasında oynanılır. Frizbi bir oyunçu onu son zonada tutana qədər komanda yoldaşları arasında əl dəyişdirir. 

"Ultimate Azerbaijan" komandası ilk dəfədir belə bir beynəlxalq yarışda iştirak hüququ əldə edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO