Ten Haqın əvəzinə Zidan SEÇİLƏ BİLƏR 

Ten Haqın əvəzinə Zidan SEÇİLƏ BİLƏR 

Hazırda oxunan: Ten Haqın əvəzinə Zidan SEÇİLƏ BİLƏR 

162667

Son 61 ilin ən pis mövsümünü keçirən "Mançester Yunayted" baş məşqçisi Erik Ten Haqla yollarını ayırmğı planlaşdırır. 

Bizim.Media "The Times"ə istinadən xəbər verir ki, klub rəhbərliyi niderlandlı mütəxəssisi Zinəddin Zidanla əvəzləmək istəyir.  

Hazırda "Mançester Yunayted" Premyer Liqada 10 oyundan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb. Komanda İngiltərə Liqa kubokunda mübarizəni dayandırıb. 

Qeyd edək ki, Zidan 2016-2018, 2019-2021-ci illərdə "Real"ın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında İspaniya klubu 3 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin 2 dəfə La Liqa, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Zidan 2021-ci ildən bəri işsizdir.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO