Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 9-cu turunda “Kamnitser”lə qarşılaşıb.
“Dinamo” səfərdə baş tutan bu matçdan qələbə ilə ayrılıb – 4:0. Meydana start heyətində çıxan Dadaşov 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3 qolunu da Rüfət vurub. O, 6, 45+3 və 76-cı dəqiqələrdə fərqlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Millimizin keçmiş üzvü Almaniyada het-trik etdi Millimizin keçmiş üzvü Almaniyada het-trik etdi](https://bizim.media/file/articles/2023/10/01/1696149645_1.jpg)
- A-
- A
- A+
İdman
12:53 / 01.10.2023
Millimizin keçmiş üzvü Almaniyada het-trik etdi
Hazırda oxunan: Millimizin keçmiş üzvü Almaniyada het-trik etdi
Hazırda oxunan: Millimizin keçmiş üzvü Almaniyada het-trik etdi
157818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.