“Qəbələ” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Qəbələ” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: “Qəbələ” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

156782

“Qəbələ” Misli Premyer Liqasının VII turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq. 

Bizim.Media xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. 

VI turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO