Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Adanaspor”la qarşılaşıb və 2:1 hesablı əzmkar qələbəyə sevinib.
90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib.
Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media