“Neftçi”də argentinalı hücumçu

“Neftçi”də argentinalı hücumçu

Hazırda oxunan: “Neftçi”də argentinalı hücumçu

155045

“Neftçi” yeni transferinə qovuşub.  

Bizim.Media xəbər verir ki, keçidi transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış reallaşan argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.  

30 yaşlı forvard artıq Bakıya gələrək tibbi baxışdan keçib və rəsmi müqaviləyə imza atıb.  

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.  
2013-cü ildə hə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub.  

O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO