İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klubları arasında UEFA Superkuboku uğrunda oyun yekunlaşıb.
Bizim.Media xəbər verir ki, komandalar Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda üz-üzə gəliblər.
Oyunu baş hakim Fransua Leteksyenin (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Matçın 25-ci dəqiqəsində “Sevilya”nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə hesabı açıb. 63-cü dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib.
Matçın qalan vaxtında komandaların hər birinin qol vurub önə keçmək şansı olsa da, buna nail ola bilməyib. Görüş penaltilər seriyasına keçib.
Penaltilər seriyasında isə “şəhərlilər” daha dəqiq olublar. Belə ki, həlledici penaltini Qudel reallaşdıra bilməyib.
- A-
- A
- A+
İdman
09:55 / 17.08.2023
“Mançester Siti” Avropa Superkubokunun qalibi oldu - VİDEO
Hazırda oxunan: “Mançester Siti” Avropa Superkubokunun qalibi oldu - VİDEO
Hazırda oxunan: “Mançester Siti” Avropa Superkubokunun qalibi oldu - VİDEO
151176
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.