“Qalatasaray”ın rumıniyalı futbolçusu Olimpiu Morutan “Neftçi”yə keçməyə yaxındır.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" 24 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürməyə hazırlaşır.
Ötən mövsümü icarə əsasında “Piza”da keçirən, yaxşı performans ortaya qoyan Rumıniya millisinin üzvü bu ölkənin "Bari”, “Palermo”, “Sampdoriya” kimi klublardan təkliflər alıb. Amma o, İtaliyaya qayıtmaqdan imtina edib.
Türkiyə Super Liqasından bir neçə komanda və Səudiyyə Ərəbistanın bir klubu ətrafında da adı çəkilən Morutan "Neftçi"yə keçməkdə maraqlıdır. Belə ki, bu komandaın baş məşqçisi postunda həmyerlisi Adrian Mutunun yer alması gənc futbolçunu qərarına təsir göstərib.
"Neftçi”nin hazırda “Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı deyilir. Keçidin tezliklə reallaşması gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”a 2 il əvvəl gələn, müqavilə müddəti 2026-cı ilin yayına qədər olan futbolçunun transfer dəyəri 4,5 milyon avro göstərilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:13 / 08.08.2023
“Neftçi” “Qalatasaray”ın futbolçusunu İCARƏYƏ GÖTÜRÜR
Hazırda oxunan: “Neftçi” “Qalatasaray”ın futbolçusunu İCARƏYƏ GÖTÜRÜR
Hazırda oxunan: “Neftçi” “Qalatasaray”ın futbolçusunu İCARƏYƏ GÖTÜRÜR
149942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.