\

\"Arsenal\" İngiltərə Super Kubokunun qalibi oldu

Hazırda oxunan: \"Arsenal\" İngiltərə Super Kubokunun qalibi oldu

149745

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.

Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada "Mançester Siti"yə qalib gələn "Arsenal" titula sahib çıxıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə "şəhərlilər"dən Koul Palmer vurub. "Topçular" 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər.

Qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.

Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm həm Premyer Liqanın, həm İngiltərə Kubokunun, həm də Çempionlar Liqasının qalibi olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO