“Beşiktaş” xorvatiyalı futbolçu ilə müqavilə imzaladı

“Beşiktaş” xorvatiyalı futbolçu ilə müqavilə imzaladı

Hazırda oxunan: “Beşiktaş” xorvatiyalı futbolçu ilə müqavilə imzaladı

148853

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.  

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Milan"dan Ante Rebiçi transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. 

"Beşiktaş" xorvatiyalı vingerlə 2 illik müqavilə imzalayıb. 29 yaşlı ön xətt oyunçusu Türkiyədə illik 2,5 milyon avro maaş alacaq. Təcrübəli oyunçuya 280 min avro imza pulu ödənilib.
Qeyd edək ki, Ante Rebiç "Milan"a 2019-cu ilin sentyabr ayında "Ayntraxt"dan keçmişdi. Xorvatiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO