Qara Qarayev “Qarabağ”dan gedir?

Qara Qarayev “Qarabağ”dan gedir?

Hazırda oxunan: Qara Qarayev “Qarabağ”dan gedir?

147240

“Qarabağ”ın aparıcı futbolçularından biri olan Qara Qarayev komandanı tərk edə bilər. 

Bizim.Media xəbər verir ki, bunun səbəbi təcrübəli futbolçunun əsas heyətə düşə bilməməsidir.

Ötən mövsümdən etibarən Qurban Qurbanovun demək olar ki, şans vermədiyi futbolçu oynaya biləcəyi kluba getmək istəyir. Yarımmüdafiəçi üçün əsas iki variant var. “Neftçi” və “Sabah”.

Amma millimizin üzvü qərar verməkdə tələsmir. Çox güman ki, mövsüm başlayana qədər onun baş məşqçi və klub rəhbərliyi ilə yenidən danışıqları olacaq.

Məhz bu görüşdən sonra Qarayev son qərarını verəcək. Əlavə edək ki, Qara Qarayev peşəkar karyerası ərzində yalnız “Qarabağ”da oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO