Erməni təxribatı ilə üzləşən idmançımız:

Erməni təxribatı ilə üzləşən idmançımız: "Öz mədəniyyətimi göstərdim"

Hazırda oxunan: Erməni təxribatı ilə üzləşən idmançımız: "Öz mədəniyyətimi göstərdim"

144602

Erməni rəqibimin təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova deyib.

O bildirib ki, üç qələbədən sonra finalda erməni rəqibi ilə üzləşib:

“Yarışa komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə əhəmiyyət verməyək. Mən də öz mədəniyyətimi göstərdim".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO