Qılıncoynatma millimiz Avropa Oyunlarında 13-cü oldu - FOTO 

Qılıncoynatma millimiz Avropa Oyunlarında 13-cü oldu - FOTO 

Hazırda oxunan: Qılıncoynatma millimiz Avropa Oyunlarında 13-cü oldu - FOTO 

143741

Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında 13-cü olub.  

Bizim Media xəbər verir ki, ilk dəfə böyüklərin yarışında iştirak edən gənc sablyaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin bürünc medalçısı Macarıstan seçmə kollektivinə 25:45 hesabı ilə uduzub.

9-cu yer uğrunda keçirilən qarşılaşmada Türkiyə yığmasına 31:45 hesabı ilə məğlub olan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət kollektiv 13-cü yer uğrunda keçirilən görüşlərdə Yunanıstan (45:43) və İrlandiya millisinə 45:30) qalib gəlib.
Xatırladaq ki, qılıncoynatma idman növündə komanda yarışları Avropa çempionatı statusu daşıyır. 











Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO