Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbolunun superulduzu, argentinalı Lionel Messinin ad günündə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində məlumat verib.
Həmyerlimiz Messinin doğma şəhəri Rosarioya gəlib. Əhmədzadə burada ilk dəfə olduğunu da qeyd edib.
Kadrlardan biznesmenin futbolçuya Azərbaycan xalçası hədiyyə etdiyi görünür.
Qeyd edək ki, dünən Messinin 36 yaşı tamam olub.
Bizim.Media