Ançelotti Braziliya millisi ilə razılığa gəldi

Ançelotti Braziliya millisi ilə razılığa gəldi

Hazırda oxunan: Ançelotti Braziliya millisi ilə razılığa gəldi

142283

"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya milli komandasını çalışdıracaq.  

Bizim.Media xəbər verir ki, italyan mütəxəssis beşqat dünya çempionları ilə razılıq əldə edib. Bu barədə "Globo" nəşri məlumat yayıb.  

Ançelotti Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqeslə görüşüb. 64 yaşlı məşqçi gələn ilin yayında "Real"la müqaviləsi başa çatdıqdan sonra "sambaçılar"ın "sükan"ı arxasına keçəcək. Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından "Real"ı çalışdırır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO