Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəldi

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəldi

Hazırda oxunan: Azərbaycan taekvondoçusu dünya çempionatında 1/8 finala yüksəldi

139614

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.

Bizim.Media xəbər verir ki, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO