“Sabah” klubunun əsas hücumçusu Aleksey Kaşukun komandadakı taleyinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisinin Donetsk “Şaxtyor”u ilə apardığı danışıqlar nəticəsində forvardın daha bir il ölkəmizdə oynaması ilə bağlı razılıq əldə edilib.
Əgər ortaya hər hansı problem çıxmasa, yaxın günlərdə futbolçu ilə yeni bir illik müqavilə imzalanacaq.
Müqavilə ilə “Şaxtyor”a məxsus olan Kaşukun mövsümün sonunda başqa kluba keçəcəyi deyilirdi. Çünki futbolçuya Avropa klublarından real təkliflər gəlmişdi.
Görünür, futbolçunun özü də “Sabah”da qalmağın tərəfdarıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:35 / 19.05.2023
Kaşuk “Sabah”da qalır
Hazırda oxunan: Kaşuk “Sabah”da qalır
Hazırda oxunan: Kaşuk “Sabah”da qalır
136923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.