“Mançester Siti” Haalanda yeni müqavilə təklif edib

“Mançester Siti” Haalanda yeni müqavilə təklif edib

Hazırda oxunan: “Mançester Siti” Haalanda yeni müqavilə təklif edib

131772

"Mançester Siti" norveçli hücumçusu Erlinq Haalanda yeni müqavilə təklif etməyi hazırlaşır.  

Bizim.Media "The Athletic"ə istinadən xəbər verir ki, 22 yaşlı forvardın müqaviləsinə 2024-cü ilin yayında 169,5 milyon avroya komandadan ayrılmasına icazə verən bənd var. 

Təbii ki, həm klub, həm də futbolçu istəyərsə, bu keçid baş verə bilər. Gənc hücumçunun "şəhərlilər"lə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. 

Norveçli bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Çempionlar Liqasında bu mövsüm yeddi oyuna 11 qol vurub, bir məhsuldar ötürmə edən Haalandın komandasını dəyişmək istəmədiyi bildirilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO