“Beşiktaş” “Vest Hem”in müdafiəçisinin transfer hüququnu ALDI 

“Beşiktaş” “Vest Hem”in müdafiəçisinin transfer hüququnu ALDI 

Hazırda oxunan: “Beşiktaş” “Vest Hem”in müdafiəçisinin transfer hüququnu ALDI 

131312

Türkiyənin "Beşiktaş" klubu icarə əsasında heyətinə qatdığı Artur Masuaku ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı sol cinah müdafiəçisinin transfer hüquqlarını alıb. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb. 

"Beşiktaş" konqolu futbolçu üçün onun klubu "Vest Hem"ə 2 milyon avro ödəyib. Təcrübəli müdafiəçi Super Liqa klubu ilə 2+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, "Beşiktaş" Artur Masuakunu mövsümün əvvəlində "Vest Hem"dən icarəyə götürüb. Konqo millisinin üzvü komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO