Qurban Qurbanov

Qurban Qurbanov "Sabah”ın qələbəsi HAQDA: “Hər fürsəti qola çevirmək asan deyil”

Hazırda oxunan: Qurban Qurbanov "Sabah”ın qələbəsi HAQDA: “Hər fürsəti qola çevirmək asan deyil”

131098

"Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Təəssüf ki, standart vəziyyətlərdən bəsit qollar buraxdıq. Halbuki "Sabah"ın üstün tərəfləri barədə oyunçulara məlumat verilmişdi".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ikinci topu çox tez buraxdıqlarını bildirib: "Görünür, bu gün rəqib qələbəyə daha layiq idi. Futboçularıma hər hansı etirazım yoxdur. Bir ildən çoxdur uduzmurduq.

İnanıram ki, bu məğlubiyyətin bizə çox faydası olacaq. Qalib gəliblərsə, deməli, bu, onların haqqıdır. Bizim də qol epizodlarımız oldu. Amma futbol elə oyundur ki, hər fürsəti qola çevirmək asan deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO