Premyer Liqada 30-cu tur başlayır

Premyer Liqada 30-cu tur başlayır

Hazırda oxunan: Premyer Liqada 30-cu tur başlayır

130684

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilir. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. 

Əvvəlcə “Zirə” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Günün digər matçı isə “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq. Turun “Kəpəz” – “Turan Tovuz” oyunu sabah, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri isə bazar günü keçiriləcək. 

Misli Premyer Liqası 

30-cu tur 

14 aprel 

“Zirə” – “Səbail” 

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev. 

Zirə İdman Kompleksinin stadionu. Saat 17:30. 

“Neftçi” – “Qəbələ” 

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov. 

Bakı. “Bakcell Arena”. Saat 20:00. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO