AFFA “Sabah”ın baş məşqçisini cəzalandırdı

AFFA “Sabah”ın baş məşqçisini cəzalandırdı

Hazırda oxunan: AFFA “Sabah”ın baş məşqçisini cəzalandırdı

130152

AFFA İntizam Komitəsi bu gün keçirilən iclasında "Sabah"ın baş məşqçisi Murad Musayevin bir oyunluq cəzalandırılmasına qərar verib.  

Bizim.Media xəbər verir ki, buna səbəb mütəxəssisin Misli Premyer Liqasının 29-cu turunda "Səbail"lə oyunda (1:2) ikinci sarı vərəqəni alması olub.  

Ona görə də Musayev 1 oyunluq cəzalandırılıb. Həmçinin Bakı klubu 800 manat məbləğində cərimələnib.  

Qeyd edək ki, "Sabah" növbəti görüşünü 30-cu turda, aprelin 16-sı "Qarabağ"a qarşı keçirəcək. Xatırladaq ki, M.Musayev "Səbail"lə matç başa çatdıqdan sonra baş hakim İnqilab Məmmədova sərt etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə cəzalandırılmışdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO