Region Liqasının püşkü atıldı – FOTO 

Region Liqasının püşkü atıldı – FOTO 

Hazırda oxunan: Region Liqasının püşkü atıldı – FOTO 

129257

AFFA-nın keçirdiyi Region Liqasında bu gün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, assosiasiyanın inzibati binasında təşkil olunan tədbirdə təşkilatçılar və komandaların nümayəndələri ilə yanaşı, AFFA rəsmiləri İsgəndər Cavadov, Yunis Hüseynov, Kamran Vəliyev iştirak ediblər.  

Qruplarda 2-ci yeri tutanlar bir-birinə rəqiblər olub. Qruplarının qalibləri isə 3-cülərlə düşüblər. 

Ən maraqlı cüt kimi "Füzuli" - "Şirvanovka" duelini vurğulamaq olar. Birincilər qrup mərhələsində yüzfaizli nəticə göstərən yeganə komanda olub.  

Qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Püşkdə adı birinci  çıxanlar ilk olaraq meydan sahibi olacaq.  

Pley-off mərhələsi bu həftəsoni start götürəcək. Komandalar oyunun tarixini öz aralarında razılaşdırıb bu haqda təşkilatçılara məlumat verəcək. 

Pley-off mərhələsinin cütləri 

A. "Marxal-Şəki" - "Qobustan" 

B. "Ağsu 06" - "Xəzər Lənkəran 42" 

C. "Qala-Şəmkir" - "Çinar-Zəngilan" 

D. "Neftçala" - "Karvan" (Yevlax) 

E  "Araz" (Saatlı) - "Qusar" 

F. "Füzuli" - "Şirvanovka" (Qusar) 

Onu da bildirək ki, növbəti mərhələdə A və B, C və D, E və F cütlərinin qalibləri görüşəcək.

Reqlamentə görə, Naxçıvan zonasının qalibi birbaşa yarımfinala vəsiqə qazanaraq, "Dördlər finalı"nın iştirakçısı olacaq. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO