İbrahimoviç millimizə qarşı oynamaya bilər

İbrahimoviç millimizə qarşı oynamaya bilər

Hazırda oxunan: İbrahimoviç millimizə qarşı oynamaya bilər

127497

İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç Avro-2024-ün seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycanla oyunu buraxa bilər. 

Bizim.Media İsveç Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu komandasının dünənki məşqində iştirak etməyib.  

İsveç millisinin baş məşqçisi Yanne Andersson bildirib ki, futbolçunun Azərbaycanla oyunda iştirak edib-etməyəcəyi ilə bağlı qərarı komandanın tibbi heyəti verəcək. 

Xatırladaq ki, bu gün keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO