Milli komandamız Avstriyaya GEDİR

Milli komandamız Avstriyaya GEDİR

Hazırda oxunan: Milli komandamız Avstriyaya GEDİR

126733

Futbol üzrə milli komandamız AVRO-24-ün seçmə mərhələsində ilk oyununu keçirmək üçün bu gün səfərə yollanacaq. 

Bizim.Media xəbər verir ki, Cani De Byazinin yetirmələri Avstriya ilə qarşılaşmaq üçün bu ölkəyə gedəcək. 

Komandanı aparacaq təyyarə Bakı vaxtı ilə saat 17-00-da çarter reysi ilə Vyanaya yola düşəcək. 

Zədəli Mahir Emrelidən başqa bütün 26 futbolçu səfər oyununun sifarişində yer alır. 

Qeyd edək ki, Avstriya-Azərbaycan matçı martın 24-də Bakı vaxtı ilə saat 23-45-də başlayacaq. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO