Laurentsiu Regekampf: \

Laurentsiu Regekampf: \"Qarabağ\"a futbolçu verməyimiz mümkün deyil\"

Hazırda oxunan: Laurentsiu Regekampf: \"Qarabağ\"a futbolçu verməyimiz mümkün deyil\"

125970

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qalatasaray”la oyun ərəfəsində futbolçu qıtlığı ilə üzləşən “Qarabağ”a oyunçu vermələrinin mümkün olmadığını deyib. 

Bizim.Media xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin bu məsələ ilə bağlı sualına belə cavab verib:

“Bizim özümüzün də yoldaşlıq oyunumuz var. Əsas heyətdən 6-7 futbolçu millilərdə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19-dan oyunçular cəlb etdik. Hər komandanın öz proqramı var. Bu cür addım atmaq çətin olar.  
Təsəvvür edin ki, oyunçularımız başqa komandalar üçün oynayacaq və zədə alacaq. Ödənişləri kim edəcək? Düşünürəm ki, bu, mümkün deyil”. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO