Azərbaycanlı idmançı Balkan çempionatında qızıl medal qazandı

Azərbaycanlı idmançı Balkan çempionatında qızıl medal qazandı

Hazırda oxunan: Azərbaycanlı idmançı Balkan çempionatında qızıl medal qazandı

12558

Azərbaycan atletləri İstanbulda start götürən 26-cı Balkan çempionatında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunub. Ölkəmizi üçtəkanla tullanma növündə təmsil edən Avropa çempionu Nazim Babayev yarışda bütün rəqiblərini qabaqlayan qızıl medal qazanıb.

Digər üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən üç santımetr geri qalaraq dördüncü olub.

Rüstəm Məmmədovda bu növdə göstərdiyi nəticə ilə altıncı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva yeddinci olub.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO