"Çelsi" Mitroviçlə danışıq aparır

Hazırda oxunan: "Çelsi" Mitroviçlə danışıq aparır

123502

"Fulhem"in hücumçusu Aleksandar Mitroviç "Çelsi"yə keçə bilər.

Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu serbiyalı forvardı yayda heyətinə cəlb etməyi planlaşdırır.

Mitroviçin özünün də mövsümün sonunda komandasını dəyişmək fikrində olduğu bildirilib.

Tərəflər arasında ilkin danışıq olduğunu qeyd edilib.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Fulhem"ə 2018-ci ilin yayında "Nyukasl"dan transfer olunub. Serbiya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 22 matçda 11 qol vurub, 4 qol ötürməsi edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO