"Barselona" "Bavariya"ya 1 milyon 125 min avro ödəyəcək

Hazırda oxunan: "Barselona" "Bavariya"ya 1 milyon 125 min avro ödəyəcək

122442

"Barselona"nın  Robert Levandovskinin sabiq  klubu "Bavariya"ya 1 milyon 125 min avro ödəyəcək. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb polşalı hücumçunun bu mövsüm Kataloniya təmsilçisində 25-ci qolunu vurmasıdır.  

O, son olaraq Avropa Liqasının pley-off mərhələsinin "Mançester Yunayted"lə cavab oyununda (1:2) fərqlənib. 

Levandovski "Bavariya"dan "Barselona"ya keçən zaman futbolçu 25 qol vuracağı təqdirdə, “Bavariya”ya 1 milyon 125  avro ödənməsi ilə bağlı bənd yer alıb. Bu bəndin ilk 4 mövsüm ərzində qüvvədə olacağı vurğulanıb. 

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayında "Bavariya"dan "Barselona"ya keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO