"Əl-Nəsr"in Ronaldo ilə bağlı PLANLARI VAR 

Hazırda oxunan: "Əl-Nəsr"in Ronaldo ilə bağlı PLANLARI VAR 

116273

"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldonun karyerasını Səudiyyə Ərəbistanında başa vurmasını istəyir. 

Bizim.Media xəbər verir ki, portuqaliyalı hücumçunun klubla müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.  

ESPN yazıb ki, müqavilənin bitdiyi vaxt Kriştianonun 40 yaşı olacaq və "Əl-Nəsr" rəhbərliyi hesab edir ki, oyunçunun karyerasını başqa liqada bitirmək ehtimalı azdır. 

Portuqaliyalı futbolçu müqavilə müddəti başa çatdıqdan sonra karyerasını davam etdirmək istəsə, "Əl-Nəsr" onunla müqaviləni uzatmağı istisna etmir. 

"Əl-Nəsr" Səudiyyə Ərəbistanında və bütün Asiyada futbolun flaqmanı olmaq üçün Ronaldonun "Mançester Yunayted", "Real" və "Yuventus"dakı təcrübəsindən istifadə etmək niyyətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO