"Qəbələ" Antalya toplanışına heç-heçə ilə başladı

Hazırda oxunan: "Qəbələ" Antalya toplanışına heç-heçə ilə başladı

114439

“Qəbələ” bu gün yoxlama oyunu keçirib. 

Bizim.Media xəbər verir ki, yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk sınağına çıxıb. 

Mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilk dueldə rəqib Rumıniyanın “Sepsi” klubu olub. Matç 2:2 hesabı ilə başa çatıb."Qəbələ"nin qollarını 7-ci dəqiqədə Ülvi İsgəndərov, 66-cı dəqiqədə isə İsnik Alimi vurublar. 

“Sepsi” Rumıniya kubokunun və Superkubokun son qalibidir. Komanda hazırda Rumıniyanın yüksək liqasında 21 oyuna 32 xalla 6-cıdır.  

Qeyd edək ki, "Qəbələ" Antalyada daha iki yoxlama matçına çıxacaq. Elmar Baxşıyevin komandası yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək. 

“Qəbələ” – “Sepsi” (Rumıniya) - 2:2 

“Arcadia Sports Senter” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO